"Aston Martin", Fernando Alonsonun İtaliya Qran Prisində yarışdan erkən çıxmasının səbəbləri ilə bağlı hərtərəfli araşdırmaya başlayıb.
İdman.biz xəbər verir ki, pilot Askaridə döngədə bordürü keçdikdən sonra avtomobilindəki asma nasazlığı səbəbindən yarışı erkən bitirmək məcburiyyətində qalıb.
Komandanın əməliyyat direktoru Mayk Krak vurğulayıb ki, Alonsonun yolda aşkar səhv etdiyinə dair əlamətlər yoxdur.
"Biz heç nə görmədik. Onun geniş döndüyünü və ya buna bənzər bir şey olduğunu söyləmək asandır, amma biz qeyri-adi bir şey görmədik. Buna görə də hərtərəfli təhlil etmək vacibdir. Hər şeyi pilotun üzərinə yıxmaq asandır. Hər şeyi bir insidentlə əlaqələndirmək asandır. Ancaq siz faktlara sadiq qalmalısınız. Bizim bu sahədə edə biləcəyimiz tək şey, sadəcə olaraq, Lens Strollu həmin yerdən keçərkən ehtiyatlı olmaq barədə xəbərdar etmək idi”, - Krak deyib.
İdman.biz