"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Montsada keçirilən İtaliya Qran Prisinin təsnifatındakı uğurunu şərh edib.
İdman.biz xəbər verir ki, poul mövqeyini qazanan dördqat dünya çempionu həm də dövrəni Formula 1 tarixində ən yüksək orta sürətlə keçib.
"Yeni asfalt, fərqli bordürlər, buna görə də trek daha sürətli olub. Düşünürəm ki, 2020-ci ilin "Mersedes"i ilə daha da sürətli sürmək olardı - xüsusən də məni sükan arxasına qoysanız", - Ferstappen deyib.
Ferstappenin orta sürəti 264,682 km/saat olub. Əvvəlki rekord da İtaliya Qran Prisində - yeddiqat dünya çempionu, o zaman "Mersedes"in pilotu olan Lyuis Hemilton tərəfindən qoyulub. O, təsnifat dövrəsini orta sürətlə 264,362 km/saata başa vurub.
İdman.biz