Serxio Peres "Formula-1"ə dönəcəkmi?

Xəbərlər
11 Fevral 2025 22:31
78
Serxio Peres "Formula-1"ə dönəcəkmi?

Meksikalı pilot Serxio Peres yenidən "Formula-1"ə dönə bilər.

İdman.biz xəbər verir ki, onun 2026-cı ildə "Kadillak"da çıxış etməsi ehtimal olunur.

"Red Bull"un keçmiş sürücüsü ABŞ komandasının namizədlər siyahısında lider mövqeyində qərarlaşıb. Amerikalılar növbəti mövsümdə təcrübəli pilotla əməkdaşlıq etmək arzusundadırlar. Bu baxımdan Peres onlara daha uyğundur.

Qeyd edək ki, "Kadillak" və "Andretti" birləşərək, 2026-cı ildən "Formula-1"də yarışacaq 11-ci komanda olub.

İdman.biz