“Formula-1” Afrikada yarışlara qayıtmağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə komandaların düşərgəsindəki bir neçə mənbəyə istinadən “RacingNews365” məlumat yayıb.
Qeyd olunur ki, Qran-pri keçirmək hüququnu Ruanda əldə edəcək. Yarışın 2030-cu ildə təqvimə salınması nəzərdə tutulur. Artıq razılıq əldə olunub və yaxın həftələrdə bu barədə rəsmi elan verilməsi planlaşdırılır.
Ruandada - Kiqalidən təxminən 40 kilometr aralıda, Bucesera beynəlxalq hava limanının yaxınlığında yarış trası çəkiləcək.
“Formula-1” yarışı sonuncu dəfə Afrikada 1993-cü ildə keçirilib. Həmin vaxt Qran-pri “Kyalami” trasında baş tutub.
