“Formula-1” keçmiş pilotu Devid Kulthard “Ferrari” ilə danışıqları xatırlayıb.
İdman.biz xəbər verir ki, britaniyalı sürücü İtaliya komandasına keçməməsinin səbəbini açıqlayıb.
“Mən Jan Todtla Parisdə onun mənzilində görüşdüm. “Ferrari”yə mümkün keçidi müzakirə etdik. Mənə komandada ikinci pilot olmaq təklif edildi və həmin anda bərabərhüquqlu olmayacağımız təqdirdə heç bir müqavilə bağlamayacağımı bildirdim. Hətta 4-cü və 5-ci sırada olduğum zaman Mixael Şumaherə ötməyə şərait yaratmalı idim”, - deyə Kulthard həmin görüşü xatırlayıb.
Qeyd edək ki, Devid 1994-2008-ci illərdə “Uilyams”, “Maklaren” və “Red Bull” komandalarında çıxış edib. O, 2001-ci ildə məhz Şumaherdən geri qalaraq, 2-ci yeri tutub.
İdman.biz
