Özbəkistan “Formula-1”ə evsahibliyi edəcək?

Xəbərlər
9 Oktyabr 2025 18:25
36
Özbəkistan “Formula-1”ə evsahibliyi edəcək?

Özbəkistan hökuməti ölkədə “Formula-1” yarışının təşkilinə maraq göstərir.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış jurnalist və “Formula-1” mütəxəssisi Co Seyvud özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Onun iddiasına görə, Özbəkistan nümayəndəsi ötən həftə keçirilən Sinqapur Qran-prisində paddok ərazisində görünüb və yarışın ölkədə keçirilməsi imkanlarını müzakirə edib.

Xatırladaq ki, hazırda Asiya qitəsində “Formula-1” mərhələlərinə ev sahibliyi edən ölkələr arasında Bəhreyn, Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Sinqapur, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) var.

İdman.Biz

Məqalədə: