“Kəpəz” rəhbərliyindən mənə bu məsələ ilə bağlı heç kim müraciət etməyib”.
Bu sözləri tanınmış azərbaycanlı futbol mütəxəssisi Mirbağır İsayev İdman.biz-ə açıqlamasında deyib.
O, “Kəpəz” FK-ya tezliklə baş məşqçi təyin olunacağı barədə yayılan xəbərləri təkzib edib.
“Əvvəla, “Kəpəz”in baş məşqçisi var. Bildiyimə görə, Adil Şükürov hələ rəsmi şəkildə vəzifəsindən azad edilməyib və özü də istefa verməyib (söhbət Şükürovun rəsmi istefasından əvvəl idi – red.). İkincisi isə, klub rəhbərliyindən bu məsələ ilə bağlı mənimlə heç kim əlaqə saxlamayıb. Ümumiyyətlə, belə bir xəbəri kimin yaydığını anlamıram. Mənim üçün ən azı qeyri-etik olardı ki, bu barədə hər hansı media qurumu ilə müzakirə aparım”, - deyə Mirbağır İsayev bildirib.
Qeyd edək ki, ardıcıl beş məğlubiyyətdən sonra “Kəpəz” Premyer Liqanın son pilləsində qərarlaşıb və klub Adil Şükürovla qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Vüqar Vüqarlı
10:37
Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk baş məşqçi istefası reallaşıb.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, "Kəpəz" çalışdırıcısı Adil Şükürovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəb olub. Komanda Premyer Liqanın son turunda səfərdə "Qəbələ"yə 3 cavabsız qolla uduzub.
İstefa ilə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi komandaya rəhbərlik edib.
İdman.biz