“Fənərbağça” prezidenti narkotik işi üzrə saxlanılıb

Xəbərlər
24 Dekabr 2025 21:28
51
“Fənərbağça” prezidenti narkotik işi üzrə saxlanılıb

İstanbul Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində “Fənərbağça”nın prezidenti Sadettin Saran saxlanılıb.

İdman.Biz xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza İdarəsində aparılan test nəticəsində Saranın narkotik maddə istifadə etdiyi üzə çıxıb.

Prokurorluğun açıqlamasında qeyd olunub ki, onun barəsində narkotik vasitələrin əldə edilməsi, istifadəsinin təşviqi və istifadəsi ilə bağlı əlavə dəlillər ortaya çıxıb. Bu səbəbdən İstanbul Vilayət Jandarma Komandanlığı əməkdaşları tərəfindən Saran saxlanılıb.

Sadettin Saran bu ilin sentyabrında “Fənərbağça”nın prezidenti seçilib.

İdman.Biz