Qəbələdə III MDB Oyunlarına hazırlıq xarakteri daşıyan futbol matçı - FOTO

Xəbərlər
20 Sentyabr 2025 16:00
28
Qəbələdə III MDB Oyunlarına hazırlıq xarakteri daşıyan futbol matçı - FOTO

Qəbələ şəhər stadionunda III MDB Oyunlarına hazırlıq məqsədilə hazırlıq xarakteri daşıyan futbol matçı keçirilib.

İdman.biz xəbər verir ki, oyun III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən gerçəkləşib.

Hazırlıq görüşündə "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.

III MDB Oyunları öncəsi təşkil edilən test yarışlarında təşkilati məsələlər yoxlanılır, texniki detallar sınaqdan keçirilir və təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə yoxlanılır.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

III MDB Oyunları çərçivəsində futbol yarışı Qəbələ şəhər stadionunda təşkil olunacaq.

İdman.biz

Məqalədə: