Braziliyalı Renato Auqusto futbolla vidalaşdı

Xəbərlər
19 Sentyabr 2025 17:47
39
Braziliyalı Renato Auqusto futbolla vidalaşdı

"Bayer"in və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Renato Auqusto peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

İdman.biz xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçunun son klubu 2021-ci ildən formasını geyindiyi "Fluminense" olub. O, həmçinin "Korintians", Çin təmsilçisi "Beijing Quoan" və "Flamenqo"da da çıxış edib.

Qeyd edək ki, Auqusto Braziliya millisində 33 oyun keçirib və 6 qol vurub. 2006 və 2015-ci illərdə Braziliya çempionatının və "Qızıl top"un qalibi olan futbolçu, 2016-cı ildə isə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında qızıl medal sevinci yaşayıb.

İdman.biz