"Sabah"ın transferi Aleksey İsayevin nə vaxt meydana çıxacağı hələlik sual altındadır.
İdman.biz "Sportal.az"a istinadən xəbər verir ki, milli komandamızın üzvü “Qarabağ”da oynadığı vaxtda aldığı zədədən sonra bərpa prosesini keçir.
Hazırda fərdi məşqlərlə kifayətlənən İsayevin tezliklə kollektivə qoşulacağı gözlənilir.
Lakin paytaxt klubunun tam sağalması təxminən 2-3 həftə çəkəcək.
Qeyd edək ki, İsayev “Qarabağ”da bir mövsüm keçirdikdən sonra "Sabah"a qayıdıb.
İdman.biz