UEFA Gənclər Liqası: “Qarabağ” Portuqaliyada darmadağın olub - VİDEO

Xəbərlər
16 Sentyabr 2025 15:53
286
UEFA Gənclər Liqası: “Qarabağ” Portuqaliyada darmadağın olub - VİDEO

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada “Benfika”nın qonağı olub.

Görüş Azərbaycan klubu üçün uğursuz alınıb. İlk hissədə qapısında 6 qol görən Rəşad Sadiqovun yetirmələri ikinci hissədə daha 1 dəfə mərkəzə dəvət ediliblər. "Qarabağ" görüşün başa çatmasına 5 dəqiqə qalmış təsəlli qolunu vurub. Komandamızın heyətində Əli Qazıbəyov fərqlənib.

UEFA Gənclər Liqası
I tur
16 sentyabr

14:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 7:1
Baş hakim:
Ceymi Robinson (Şimali İrlandiya)

Qeyd edək ki, “Qarabağ” U-19 növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcək.

İdman.biz