"Sumqayıt" rəsmisi: "Ayxan Süleymanlı üçün mövsüm bitib"

Xəbərlər
15 Sentyabr 2025 17:53
46
"Sumqayıt" rəsmisi: "Ayxan Süleymanlı üçün mövsüm bitib"

"Sumqayıt"ın futbolçusu, Azərbaycanın U-21 millisinin kapitanı Ayxan Süleymanlı üçün mövsüm bitib.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Sumqayıt komandasının mətbuat katibi Zaur Xudiyev deyib.

Klub rəsmisi futbolçunun əməliyyat olunacağını söyləyib: "Ayxanın zədəsi ciddidir. Hazırda millinin həkimləri ilə müzakirələr davam edir. Böyük ehtimalla əməliyyat olunacaq. Daha sonra uzun müddətli reablitasiya dövrünə girəcək. Demək olar ki, Ayxan üçün mövsüm bitib".

Qeyd edək ki, A.Süleymanlı AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun II turunun Bakıda Bolqarıstan yığmasına qarşı keçirilən oyununda (1:1) ciddi zədə alıb. Onun çarpaz bağları cırılıb.

İdman.biz