Nadir Nəbiyev Ayxan Abbasovun üstün cəhətlərindən danışıb

Xəbərlər
9 Sentyabr 2025 17:59
42
Nadir Nəbiyev Ayxan Abbasovun üstün cəhətlərindən danışıb

"Milli komanda Fernandu Santuşun vaxtında on bir oyunda qələbə qazana bilmədi. Ona görə də portuqaliyalı mütəxəssisin yola salınacağını gözləyirdim".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Nadir Nəbiyev deyib.

Azərbaycan millisinin sabiq üzvü Fernandu Santuşun istefaya göndərilməsinə münasibət bildirib: "Portuqaliyalı məşqçi Azərbaycan millisində nəticə verə bilməməklə yanaşı, öz oyun fəlsəfəsini komandaya aşılamaqda çətinlik çəkdi. Onun yığmadan uzaqlaşdırılması doğru addımdır. Ayxan Abbasovun üstün cəhətlərindən biri də odur ki, komandanı psixolji baxımdan oyuna yüksək səviyyədə hazırlaya bilir. Vaxtı az olsa da, ümid edirəm ki, ağır məglubiyyətdən sonra futbolçuları matça kökləyə biləcək. Mən ümumiyyətlə, milli komandada həmişə yerli mütəxəssisin işləməsinin tərəfdarı olmuşam. Həmin məşqçiyə də bir neçə il şans verilməlidi. Yeni qərarlar millimiz üçün xeyirli olacaq".

Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. AFFA portuqaliyalı mütəxəssislə müqaviləyə ötən gün qarşılıqlı şəkildə xitam verib.

İdman.biz