İlkin Qırtımov 1-ci liqa klubunda

Xəbərlər
9 Sentyabr 2025 17:10
47
İlkin Qırtımov 1-ci liqa klubunda

Azərbaycan millisinin sabiq futbolçusu İlkin Qırtımov karyerasını “Zaqatala”da davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı müdafiəçi son olaraq “Kəpəz”in heyətində çıxış edib.

Qeyd edək ki, o, daha əvvəl “Simurq”, “Keşlə”, “Neftçi”, “Zirə” və “Qəbələ” klublarında forma geyinib.

İdman.biz