"Araz-Naxçıvan"ın zədəli legioneri fərdi məşqlərə başlayıb - FOTO

Xəbərlər
9 Sentyabr 2025 12:30
45
"Araz-Naxçıvan"ın zədəli legioneri fərdi məşqlərə başlayıb - FOTO

Azərbaycan Premyer Liqasının növbəti turunda “Kəpəz”lə qarşılacaq “Araz-Naxçıvan” hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.

İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir zədə səbəbindən oyunlarda iştirak etməyən Ramon Maçado fərdi məşqlərə başlayıb.

O, fiziki hazırlıq üzrə məşqçi Teodor Terziyevin rəhbərliyi altında tapşırıqları yerinə yetirir.

Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 12-də, saat 17:45-də, Qəbələ şəhər stadionunda keçiriləcək.

İdman.biz