Sergey Rebrov: "Santuşun gedişinin oyuna təsiri olacaq"

Xəbərlər
8 Sentyabr 2025 17:49
49
Sergey Rebrov: "Santuşun gedişinin oyuna təsiri olacaq"

“Bəli, əlbəttə, Fernandu Santuşun işindən ayrılmasının oyunumuza təsiri olacaq. Amma bizim milli komandamız öz gücünü göstərdi. İnanırıq ki, sabah da öz oyunumuzu ortaya qoyacağıq. Görək necə olacaq".

İdman.biz xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

“Aleksandra üçün fərq etmir harada oynayacaq, bunu siz sabah görəcəksiniz. O, Ukrayna üçün hər zaman əlindən gələn köməyi edib, futbolunu göstərərkən də eyni şəkildə özünü tam ortaya qoyub.”

İdman.biz