Sergey Rebrov: "İndi ən vacibi Azərbaycanla oyundur"

Xəbərlər
6 Sentyabr 2025 06:45
49
Sergey Rebrov: "İndi ən vacibi Azərbaycanla oyundur"

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinə Fransaya 0:2 hesablı məğlubiyyətlə başlayıb.

İdman.biz-in məlumatına görə, komandanın baş məşqçisi Sergey Rebrov rəqibin yüksək səviyyədə olduğunu qeyd edib və indi bütün qüvvənin növbəti oyuna - Azərbaycan millisi ilə qarşılaşmaya yönəlməli olduğunu vurğulayıb.

"Çətin oyun idi. Başa düşürdük ki, biz ən yaxşı futbol ölkələrindən biri ilə oynayırıq. Fransanın çox səviyyəli oyunçuları var, topa nəzarət edirlər, tempi tez dəyişirlər. Müdafiəçilərimiz çətin anlar yaşadılar. Amma indi ən vacib olan növbəti oyundur. Xalı itirdik, amma bu gün Azərbaycanla oyuna hazırlaşmalıyıq", - Rebrov deyib.

Bu görüş Ukrayna yığması üçün təsnifat mərhələsinin başlanğıcında vacib xallar uğrunda mübarizədə əsas rol oynayacaq. Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da Bakıda keçiriləcək.

İdman.biz