Türkiyə Super Liqasında transfer pəncərəsinin bağlanmasına az qalmış "Beşiktaş" və "Fənərbaxça" arasında maraqla gözlənilən transfer reallaşır.
İdmanbiz xəbər verir ki, "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçının istəyi ilə Cengiz Ünderin transferi ilə bağlı başlanan danışıqlar müsbət nəticələnir. “Ağ-qaralar” “Fənərbaxça” və Cengiz Ünderlə 1 illik icarəyə razılaşıb.
Cengiz Ünder qısa müddət ərzində "Fənərbaxça"nın düşərgəsini tərk edərək, "qara-ağlar"ın tibbi müayinəsindən keçəcək və "Beşiktaş"la rəsmi müqavilə imzalayacaq.
İdman.biz