UEFA prezidenti "Real Madrid"in ideyasına qarşı çıxıb

Xəbərlər
3 Sentyabr 2025 22:50
45
UEFA prezidenti "Real Madrid"in ideyasına qarşı çıxıb

UEFA prezidenti Aleksander Çeferin klublararası dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına qarşı çıxıb.

İdman.biz xəbər veir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Avqust ayında FİFA-nın "Real Madrid"in dünya çempionatında iştirakçıların sayını artırmaq və turniri iki ildən bir keçirmək ideyasını dəstəkləyə biləcəyi ilə bağlı məlumatlar ortaya çıxıb.

Ceferin Dünya Kubokunun dörd ildən bir keçirilməsinə qarşı deyil.

"Əgər onlar dörd ildən bir klublararası dünya çempionatını təşkil etsələr, bu, bizim təşkilat və şəxsən mənim üçün olduqca normaldır. Amma dünya çempionatının iki ildən bir keçirilməsi fikri ilə razılaşmazdım. Məncə, onlar da bunu həqiqətən istəmirlər.

Bununla bağlı ən problemli cəhət odur ki, futbolçular mövsümdən sonra "ölürlər" və sonra onlar bu beş həftəlik turnirdə oynamaq məcburiyyətindədirlər ki, bu da həddindən artıq çoxdur" - Çeferin deyib.

UEFA prezidentinin fikrincə, FİFA bu ideyanı dəstəkləyən klublarla danışmalıdır: "Bu, yorucudur, çünki müxtəlif turnirlər, Klublararası Dünya Kuboku, sonra növbəti il Dünya Kuboku, bir il fasilə, sonra Avropa və Amerika Kuboku və digərləri var. İndi Afrika Millətlər Kuboku yanvarda olduğu üçün bu, bitməyən bir hekayədir. Ona görə də çətindir, amma gələcəkdə nə olacağını görəcəyik”.

İdman.biz