Edersonun illik maaşı 11 milyon avro olacaq

Xəbərlər
2 Sentyabr 2025 12:45
43
Edersonun illik maaşı 11 milyon avro olacaq

Ederson “Fənərbaxça”da ildə 11 milyon avro qazanacaq.

İdman.biz xəbər verir ki, 32 yaşlı qapıçının artıq İstanbula gəldiyi bildirilir.

"Fanatik"in məlumatına görə, braziliyalı futbolçu “Fənərbaxça” ilə 3 illik müqavilə imzalayacaq və müddəti əlavə 1 illik uzatma imkanı da olacaq.

“Fənərbaxça” Ederson üçün "Mançester Siti"yə 12,1 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, o, 2017-ci ildən “şəhərlilər”in şərəfini qoruyurdu və ümumilikdə klubun heyətində 372 oyuna çıxıb.

İdman.biz

Məqalədə: