Joze Mourinyo: "Bunu yalnız fasilədən sonra bacardıq"

Xəbərlər
28 Avqust 2025 11:52
39
Joze Mourinyo: "Bunu yalnız fasilədən sonra bacardıq"

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo, komandasının Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya cavab oyunundakı məğlubiyyətini (0:1, ilk oyun - 0:0) şərh edib.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis qitənin səviyyəcə ikinci klub turniri - Avropa Liqasında çıxış edəcəklərinin daha yaxşı olduğunu vurğulayıb.

Portuqaliyanın "Record" nəşri Mourinyonun sözlərini təqdim edib: "Birinci hissədə topa daha çox sahib olmağa çalışdıq, amma bunu yalnız fasilədən sonra bacardıq. Bəhanə axtarmağı sevmirəm. Qələbəni bizdən daha güclü, daha yaxşı oyunçuları və daha çox təcrübəsi olan komanda qazandı. Əgər biz Çempionlar Liqasına keçsəydik, yəqin ki, cəmi səkkiz oyunumuz olacaqdı. Amma Avropa Liqasında titul uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində uduzan komandalar çıxışlarını Avropa Liqasının əsas mərhələsində davam etdirirlər.

İdman.biz

Məqalədə: