Lionel Messi dubl edib, “İnter Mayami” Liqalar kubokunun finalına yüksəlib - VİDEO

Xəbərlər
28 Avqust 2025 10:10
46
Lionel Messi dubl edib, “İnter Mayami” Liqalar kubokunun finalına yüksəlib - VİDEO

“İnter Mayami” Liqalar kubokunun finalına yüksəlib.

İdman.biz xəbər verir ki, Lionel Messinin komandası yarımfinalda evdə “Orlando Siti”yə 3:1 hesabı ilə qalib gəlib.

Birinci hissəyə əlavə olunmuş vaxtda qonaqların xorvatiyalı yarımmüdafiəçisi Marko Paşaliç hesabı açıb. 75-ci dəqiqədə “Orlando Siti”nin sloveniyalı müdafiəçisi David Brekalo ikinci sarı vərəqə ilə meydandan qovulub. Bundan bir dəqiqə sonra Messi penaltini dəqiq yerinə yetirərək hesabdakı tarazlığı bərpa edib. 88-ci dəqiqədə Jordi Albadan ötürmə alan Messi dublunu tamamlayıb.
Oyuna artırılmış dəqiqələrdə isə venesuelalı yarımmüdafiəçi Telesko Seqoviya yekun nəticəni müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, “İnter Mayami” finalda “Sietl Saunders”lə qarşılaşacaq.

İdman.biz

Məqalədə: