Babək Quliyevə UEFA-dan növbəti təyinat

Xəbərlər
28 Avqust 2025 13:29
40
Babək Quliyevə UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, Quliyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.

İdman.biz