“Qarabağ”ın baş direktoru: "Yəqin ki, əsas mərhələnin oyunlarını Respublika Stadionunda keçirəcəyik"

Xəbərlər
27 Avqust 2025 23:31
68
“Qarabağ”ın baş direktoru: "Yəqin ki, əsas mərhələnin oyunlarını Respublika Stadionunda keçirəcəyik"

“Nəticəyə görə çox xoşbəxtəm”.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri barədə danışarkən deyib.

O, tarixi nəticəyə görə futbolçularla qürur duyduğunu bildirib: “Əla oyun oldu, tarixi nəticə qazandıq. Liqa mərhələsində bizimlə düşəcək rəqiblərin fərqi yoxdur. Hədəfimizə çatdıq. Yəqin ki, Çempionlar Liqasının əsas mərhələsinin oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik”.

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə, "Ferentsvaroş"a 5:4 hesabı ilə qalib gəlib.

İdman.biz