"Kəpəz"in mövsümə uğursuz start verməsi rəhbərliyi narahat etməyə başlayıb.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, klub rəsmiləri artıq radikal addımlar atmağı düşünür.
Məlumata görə, klubun başbilənləri "Zirə" ilə matçı gözləyir. "Sarı-göylər" "qartallar"a da məğlub olacağı təqdirdə yeni baş məşqçi axtarışına çıxacaqlar. Rəhbərliyin artıq bu məsələ ilə bağlı müəyyən planları var. İki yerli və bir əcnəbi mütəxəssis rəsmilərin maraq dairəsindədir.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda "Sumqayıt" 0:3 hesabı ilə məğlub olan Adil Şükürovun yetirmələri, 2-ci oyun həftəsində "Karvan-Yevlax"a yenilib - 2:3.
İdman.biz