Dortmund “Borussiya”sı baş məşqçisi Niko Kovaçla müqavilənin müddətinin uzadıldığını açıqlayıb.
İdman.biz xəbər verir ki, tərəflər arasında yeni razılaşma 2027-ci ilə qədər qüvvədə olacaq.
53 yaşlı mütəxəssis ötən qış Dortmund klubunun sükanı arxasına keçib: həmin vaxt komanda Bundesliqada 11-ci pillədə qərarlaşmışdı.
Kovaçın rəhbərliyi altında “Borussiya” ölkə çempionatını dördüncü pillədə tamamlayaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
İdman.biz