"Qəbələ" Azərbaycan millisinin qapıçısını istəyir

Xəbərlər
25 Avqust 2025 13:12
49
"Qəbələ" Azərbaycan millisinin qapıçısını istəyir

"Neftçi"nin və Azərbaycan millisinin qapıçısı Rza Cəfərova daha bir təklif gəlib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Ona növbəti təklif "Qəbələ"dən gəlib. Cəfərovun bölgə klubuna icarə əsasında keçmək şansı yüksəkdir.

Öncədən bəlli olduğu kimi, Rzaya "Araz-Naxçıvan" da maraq göstərir. Elmar Baxşıyev onu sərəncamında görmək niyyətindədir.

Qarşıdakı günlərdə millimizin qapıçısının bu klublardan birinə keçəcəyi yoxsa, "Neftçi"də qalacağı dəqiqləşəcək.

İdman.biz