Azər Həşimov: "Daha da yaxşı olmağa çalışacağıq"

Xəbərlər
23 Avqust 2025 21:29
30
Azər Həşimov: "Daha da yaxşı olmağa çalışacağıq"

"Hər iki komanda qalib gəlmək istəyirdi. Komandamız əzmkar mübarizə aparıb lazım olan 3 xalı qazandı. Buna görə də futbolçularıma təşəkkür edirəm. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram".

İdman.biz xəbər verir ki, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının II turunda səfərdə "Kəpəz"i üzərində qazanılan 3:2 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

- "Karvan-Yevlax" Premyer Liqada ilk qələbəsini sizin rəhbərliyinin altında qazandı. Hissləriniz necədir?

- "Karvan-Yevlax" tarixi olan klubdur. Mən də sevinirəm ki, bu komandanın baş məşqçisiyəm. Gələcəkdə daha da yaxşı olmağa çalışacağıq.

- Əsas qapıçınız Pedro Mateuş oyundan öncə zədələnib. Onun durumu necədir?

- Bizim üçün 3 qapıçının hər biri əsasdır. Sadəcə kim daha hazırdırsa, ona şans veririk. Pedronun mikrozədəsi var. Tibbi müayinədən sonra tam bilinəcək. Pedro zədələnəndən sonra Kamrana dedim ki, sənə inanıram. Bu gün də ona şans verdik.

İdman.biz