A Seriyasının ən yaşlı debütantı - Modriç

Xəbərlər
24 Avqust 2025 00:14
34
A Seriyasının ən yaşlı debütantı - Modriç

Xorvatiyalı Luka Modriç A Seriyasının ən yaşlı debütantı olub.

İdman.biz xəbər verir ki, o, “Milan” – “Kremoneze” oyununda start heyətində yer alıb.

Modriç meydançaya ayaq basanda onun yaşı 39 il, 11 ay və 4 gün olub.

Qeyd edək ki, Xorvatiya millisinin kapitanı bu il “Real Madrid”dən “Milan”a keçib.

İdman.biz