Klaudinyo Rusiyanı tərk etdiyinə görə vətəndaşlıqdan məhrum oluna bilər

Xəbərlər
23 Avqust 2025 12:45
57
Klaudinyo Rusiyanı tərk etdiyinə görə vətəndaşlıqdan məhrum oluna bilər

“Zenit”in keçmiş futbolçusu Klaudinyo Rusiya vətəndaşlığından məhrum edilə bilər.

İdman.biz xəbər verir ki, buna səbəb onun Ukraina muharibəsi ilə bağlı açıqlamasında Rusiyanı tərk etməyə qərar verməsi olub.

Bu barədə “Abzats” nəşrinə Rusiya Dövlət Dumasının Fiziki tərbiyə və idman komitəsinin sədr müavini Dmitri Svişev məlumat verib: “Əgər faktlar təsdiqlənərsə, mən onun açıqlamalarının yoxlanılması və mümkün vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı sorğu hazırlayacağam”.

Klaudinyo yanvarda “Zenit”dən Qətərin “Əl-Sədd” klubuna keçib.

Qeyd edək ki, 2024/25 mövsümündə Klaudinyo “Zenit”də 19 oyunda çıxış edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçu 2021-ci ildən bu klubda çıxış edir və bu müddət ərzində komanda ilə üç dəfə Rusiya Premyer Liqasının, üç dəfə Superkubokun və bir dəfə Rusiya kubokunun qalibi olub.

İdman.biz

Məqalədə: