"Napoli"nin prezidenti 2025-ci ilin yanvarında Xviça Kvaratsxeliyanın PSJ-yə transferi haqqında danışıb.
İdman.biz xəbər verir ki, Aurelio De Laurentis bu məsələdə futbolçunun agentini günahlandırıb.
"RMC Sport" Neapol klubu rəhbərinin sözlərini belə təqdim edib: “Agenti futbolçunun müqaviləsini birtərəfli qaydada pozub kompensasiya ödəməklə azad olmasına imkan verən normaya istinad edəcəyi ilə hədələdiyi üçün Kvaratsxeliyanı satmağa məcbur oldum.
Gürcüstanlı futbolçunun ilk, fantastik mövsümündən sonra dərhal onunla müqavilənin müddətinin uzadılması üçün danışıqlara başladıq və ona ciddi maaş artımı təklif etdik. Çünki aydın idi ki, aşağı maaşla o, Avropanın yarısının diqqətinə cəlb edəcək, onlar onu qızıl dağlar vəd edərək aldatmağa hazır idilər. Amma bu kifayət etmədi. Onun agenti Mamuka Cugeli həm özü, həm də futbolçu üçün başqa planlar qurmuşdu. O, başqa klubdan böyük komissiya və Xviçaya böyük maaş almaq istəyirdi”.
Qeyd edək ki, Kvaratsxeliyanın PSJ ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.
İdman.biz