Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynov "Arda"nın heyətində Konfrans Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun komandası pley-off mərhələsində "Rakov"un qonağı olub.
Polşada keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Pyenko 28-ci dəqiqədə hesabı açıb. Start heyətində yer alan Cəlal 90+1-ci dəqiqədə əvəzlənib. O, komandasının ən yaxşılarından biri olub.
Qeyd edək ki, komandalar arasında cavab matçı ayın 28-də Bolqarıstanda keçiriləcək.
İdman.biz