“Qremio” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır

Xəbərlər
22 Avqust 2025 04:15
36
“Qremio” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır

Braziliyanın "Qremio" klubu "Yuventus"un yarımmüdafiəçisi Artur Melonun transferində maraqlıdır.

İdman.biz xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat paylaşıb.

Braziliya klubu artıq 29 yaşlı futbolçuya müqavilə təklifi edib.

Vəziyyət "Qremio"nun xeyrinədir, çünki futbolçunun Turin klubu ilə müqaviləsinə xitam verilərsə, transfer pulsuz həyata keçiriləcək. Tərəflər aktiv danışıqlar mərhələsindədir.

Qeyd edək ki, Melo son 6 ayı icarə əsasında İspaniyanın "Jirona" klubunda keçirib, lakin burada oynadığı 15 matçda heç bir məhsuldarlıq göstərə bilməyib.

İdman.biz