"Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, bölgə təmsilmiçi 1-ci Liqada çıxış edən MOİK-lə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. "Qəbələ" 3:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Elşad Tağıyev, Domi Massumu və İsasak Amoa vurublar.
Qeyd edək ki, Qəbələ klubu Azərbaycan Premyer Liqasının ilk turunda "Karvan-Yevlax"la heç-heçə oynayıb (1:1).
İdman.biz