Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq. Digər görüşlər isə Serbiya və Şotlandiyada keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)
23:00. "Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)
23:00. "Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)
Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 20-də keçiriləcək.
İdman.biz