Azərbaycan çempionu “Qarabağ” Macarıstana yola düşüb.
İdman.biz xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının “Ferensvaroş”la oyununa 1 gün əvvəldən yollanıb.
Qurban Qurbanovun yetirmələri Budapeşt klubu ilə avqustun 19-da qarşılaşacaq. Pley-off mərhələsinin ilk matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, cavab oyunu avqustun 27-də Bakıda olacaq.
İdman.biz