Roberto Mançini “Spartak”ı çalışdıra bilər.
İdman.biz “Sport-Ekspress”ə istinadən xəbər verir ki, agentləri 60 yaşlı mütəxəssisi Moskva klubunun baş məşqçisi vəzifəsinə təklif ediblər.
Daha əvvəl "qırmızı-ağlar"ın Deyan Stankoviçin istefası halında namizədləri nəzərdən keçirdikləri bildirilirdi.
İtaliyalı məşqçinin son iş yeri 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı millisi olub.
Bundan əvvəl Mançini Rusiyada “Zenit”i çalışdırıb (2017-2018). O, həmçinin İtaliya millisi, “İnter”, “Qalatasaray”, “Mançester Siti”, “Latsio” və “Fiorentina”nın baş məşqçisi olub.
İdman.biz