"Zirə"nin "Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibie uzun müddətə sıradan çıxıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vingerin diz bağları qopub. Əməliyyat olunacaq oyunçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Batibie ötən ay "Zirə" ilə 4 illik müqavilə imzalayıb. Bu, onun karyerasında ilk peşəkar müqaviləsidir.
İdman.biz