"Kəpəz" Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə ilk ev oyunlarını Qəbələdə keçirəcək.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat yayılıb.
Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən "sarı-göylər" doğma şəhərdən kənarda oynamalı olacaqlar.
Gəncə şəhər stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra "Kəpəz" rəqiblərini Nizami yurdunda qəbul edəcək.
Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.
İdman.biz