“Şamaxı” Bilal İsmayılovla heyətini gücləndirib

Xəbərlər
2 Avqust 2025 23:45
59
“Şamaxı” Bilal İsmayılovla heyətini gücləndirib

“Şamaxı” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

İdman.bizz xəbər verir ki, bölgə təmsilçisi heyətini Bilal İsmayılovla gücləndirib.

21 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bilal son mövsümü 1-ci Liqa təmsilçisi "Cəbrayıl"da keçirib.

İdman.biz