"Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi rəqibin hansı komanda olmasının onlar üçün əhəmiyyət kəsb etmədiyini söyləyib.
"Qarabağ"ın legioneri bildirib ki, əslində "Şkendiya" (Şimali Makedoniya) deyil, ona uduzan FCSB (Rumıniya) haqqında müəyyən məlumatlara malik olublar: "Ötən il Avropa Liqasında onlara qarşı mübarizə aparmışdıq. Yaxşı kollektiv idi. İstənilən halda növbəti mərhələyə yüksələn tərəf daha yaxşı və hazırlıqlı komandadır. Bizi çətin qarşılaşmalar gözləyəcək".
Qeyd edək ki, "Qarabağ" növbəti raundda Şimali Makedoniya çempionu "Şkendiya" ilə üz-üzə gələcək. Azərbaycan çempionu II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" kollektivindən güclü olub - 3:0, 1:0.
İdman.biz