"Qarabağ"ın oyununa artıq 19500 bilet satılıb

Xəbərlər
29 İyul 2025 16:19
37
"Qarabağ"ın oyununa artıq 19500 bilet satılıb

"Qarabağ" sabah Çempionlar Liqası 2-ci təsnifat mərhələsi "Şelburn" ilə cavab matçına artıq 19500 biletin satıldığını açıqlayıb.

İdman.biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı canlı izləməyin qiyməti, yerlərdən asılı olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

30 mindən çox tamaşaçı tutumuna malik stadionda oyunu izləmək istəyən futbolsevərlər qalan biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, arenanın qapıları azarkeşlər üçün 20:00-da başlayacaq oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.

İdman.biz

Məqalədə: