“Real"da 10 nömrəli formanın yeni sahibi bəlli olub.
İdman.biz xəbər verir ki, Fransa yığmasının üzvü Kilian Mbappe bu imkanı qazanıb.
Madrid klubundan bununla bağlı rəsmi açıqlama yayılıb. Artıq Mbappenin adı həkk olunmuş 10 nömrəli formalar satışa çıxarılıb. "Real"da bu nömrənin sonuncu sahibi “Milan”a keçən Luka Modriç olub.
Qeyd edək ki, fransalı hücumçu ötən mövsümdə 9 nömrəli formada meydana çıxıb.
İdman.biz