Azərbaycan Premyer Liqası təmsilçisi "Turan Tovuz" növbəti transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”ın formasını geyinib. O, Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış edib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2021-ci ildən Azərbaycan millisinə cəlb olunub. Ozobiç yığmamızın heyətində 15 oyun keçirib və 1 qol vurub.
İdman.biz