"Karvan" Şri Lanka millisinin futbolçusunu transfer edib

Xəbərlər
27 İyul 2025 01:22
31
"Karvan" Şri Lanka millisinin futbolçusunu transfer edib

Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" yeni transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, Yevlax təmsilçusu Şri Lanka millisinin üzvü Samuel Durrantı heyətinə cəlb edib.

23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Samuel karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn”, “Dundalk” və “Connahs Quay” klublarında forma geyinib.

Qeyd edək ki, Durrant Şri Lanka millisində 7 oyun keçirib.

İdman.biz