Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Motor" "Poqon"un qonağı olub.
Ekstraklasanın 2-ci turu çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Hesabı "Motor" açsa da, "Poqon" 4 dəfə fərqlənib - 4:1. Bu görüşə start heyətində başlayan Renat 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Dadaşovun komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb. "Motor" növbəti turda öz meydanında "Yaqelloniya" ilə qarşılaşacaq.
İdman.biz