"Qarabağ" - "Şelburn" matçına satılan biletin sayı açıqlanıb

Xəbərlər
26 İyul 2025 21:38
36
"Qarabağ" - "Şelburn" matçına satılan biletin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, azarkeşlər artıq 11 min bilet əldə ediblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır. Azarkeşlər biletləri, "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şelburn" matçı saat 20:00-da start götürəcək.

İdman.biz