UEFA "Qarabağ"ın rəqibini cərimələyib

Xəbərlər
26 İyul 2025 20:07
37
UEFA "Qarabağ"ın rəqibini cərimələyib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Şelburn”u cəzalandırıb.

İdman.biz xəbər verir ki, İrlandiya çempionu turnirin ilk mərhələsində “Linfild”lə (Şimali İrlandiya) görüşdə azarkeşlərinin davraşına görə cərimələnib.

Komandanın fanatları Dublindəki “Tolka Park” stadionunun keçidlərini bağladıqları üçün "Şelburn" 4000 avro cərimə ödəyəcək. İki oyunun nəticəsinə görə irlandiyalılar üstün olmuşdular (1:0, 1:1).

Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk qarşılaşmada “Şelburn”a 3:0 hesabı iləq alib gəlib. Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək.

İdman.biz