Viktor Gyökereşin "Arsenal"a keçidi niyə gecikir? - SƏBƏB

Xəbərlər
24 İyul 2025 09:12
55
Viktor Gyökereşin "Arsenal"a keçidi niyə gecikir? - SƏBƏB

Lissabonun "Sportinq" klubunun isveçli hücumçusu Viktor Gyökereş "Arsenal"a keçidini rəsmən başa çatdırmağa yaxındır.

İdman.biz xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş "Twitter") məlumat yayıb.

Bildirilir ki, isveçli forvardın müqaviləsinin bütün detalları, o cümlədən ümumi dəyəri 10 milyon avro olan xüsusi əlavələr üçün sənədlər “Arsenal” və “Sportinq”in vəkilləri tərəfindən yoxlanılır. Rəsmi transferdən dərhal sonra tibbi müayinənin təyin olunacağı qeyd edilir. Transferlə bağlı heç bir problemin olmadığı, şifahi razılığın 100 faiz əldə edildiyi vurğulanır.

Qeyd edək ki, daha əvvəl Romano bildirmişdi ki, bonuslar nəzərə alınmadan müqavilənin dəyəri 63,5 milyon avro olacaq.

Ötən mövsüm "Sportinq"in hücumçusu bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.biz